“Bandotdel”in yeni rəisindən İLK AÇIQLAMA

19:36 | 12.07.2019
"Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu".
 
Day.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.
 
O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:
 
"Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım".

www.anews.az
loading...