"Bandotel" Bakıda əməliyyat keçirdi, saxlanılan var

13:24 | 09.11.2019

"Bandotel" Bakıda əməliyyat keçirdi, saxlanılan var

Bakıda keçmiş məhkumda heroin və saxta əskinas aşkar edilib.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun "BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM