Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

18:00 | 08.02.2023
Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.
 
DİN-dən verilən xəbər görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.
 
Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
 
Araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb