Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda zaminliyin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Belə ki, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.
Nəzərdə tutulan dəyişikliklər bağlı Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənov Redaktor.az-a açıqlama verib.
"Konstitusiya Məhkəməsi haqqında Qanunun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir. Heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında (http://e-qanun.az/framework/39370) birmənalı olaraq nəzərdə tutulub:
Ali Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarını icra etmir, onu istədiyi kimi şərh edir. Bu, misli görünməyən özbaşınalıqdır:
"Məsələn, bank borc alanla kredit xətti müqaviləsi bağlayıb. Kredit xətti müqaviləsində faiz dərəcəsi təsbit edilməyib. Eyni zamanda, bank zaminlə də həmin kredit xətti üzrə zaminlik müqaviləsi bağlayıb. Bundan sonra bank borc alanla konkret kreditlər üzrə kredit sazişləri bağlamağa başlayır və faiz dərəcəsini yalnız orada göstərir. Bu halda zaminin razılığı alınmırsa, zaminliyə xitam verilmiş hesab olunur. Bu, Konstitusiya Məhkəməsinin mövqeyidir. Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin bu yanaşmasını rəhbər tutaraq ötən ilin ikinci yarısından başlayaraq bu cür zaminlik müqavilələrinə xitam verməyə başlayıb. Lakin Ali Məhkəmə həmin qərarları ləğv edərək işləri yenidən apelyasiya məhkəməsinə qaytarır ki, zaminliyə xitam verilməli deyil. Bu, konstitusion böhrandır. Konstitusiya Məhkəməsinə həqarətdir və hüquqi dövlətə yaraşmayan haldır”.
Ə. Həsənov bildirib ki, Konstitusiya Məhkəməsi bu vəziyyətin qarşısını almaq üçün qəti qərar verməlidir:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !