Bank müştərəsinin hesabına səhvən 6 milyard dollar pul köçürdü

21:02 | 20.10.2015
Bank müştərəsinin hesabına səhvən 6 milyard dollar pul köçürdü

Bank müştərəsinin hesabına səhvən 6 milyard dollar pul köçürdü

Almaniyanın"Deutsche AG” bankı səhvən müştərisi olan ABŞ şirkətinin hesabına 6 milyard dollar pul köçürüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bankın valyuta treyderinin yol verdiyi səhvə görə baş verib.

Hadisə baş verdikdən 1 gün sonra faktla bağlı Federal Rezerv Mərkəzinə və Avropa Mərkəzi Bankına məlumat verilərək pullar geri qaytarılıb. Hazırda səhvə yol vermiş treyderlə bağlı qərar verilməsi gözlənilir.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM