“Bank of Baku” “Faizləri azaltdıq!” endirimli nağd kredit kampaniyasına başlayır. Bu güzəştli kampaniyadan bankın həm daimi, həm də yeni müştəriləri faydalana bilər.Kampaniya çərçivəsində aylıq faiz dərəcəsi 1,9%-dən başlayır.Misal üçün, rəsmiləşdirilən kreditin müddəti 31-36 aydırsa və ərizəçi “Bank of Baku”-nun “Dostlar Klubu”-nun üzvüdürsə, o halda faiz dərəcəsi illik 22,80-23,80% arası təşkil edəcək. Əgər müştərinin tarixçəsi təzə formalaşıb və ya yeni müştəridirsə, o halda faiz dərəcəsi 25,80-28,80% arası olacaq.“Faizləri azaltdıq!” kampaniyasının faiz dərəcəsi barədə ətraflı məlumatı bankın rəsmi saytından əldə etmək olar:
http://www.bankofbaku.com/az/stock/faizleri-azaltdiq-bahar-kampaniyasi/Bankın “Dostlar Klubu”-nun üzvləri topladıqları bonuslar hesabına daha az komissiya məbləği ödəyəcəklər. Toplanan bonuslar komissiya haqqını tam ödəməyə kifayət edərsə, o halda müştəri komissiya haqqı ödəməkdən azad olur.Kampaniya çərçivəsində 15.000 AZN-dək kredit almaq olar.“Bank of Baku”-dan nağd kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış ( və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər).Kampaniyadan faydalanmaq üçün “Bank of Baku”-nun istənilən filialına müraciət etmək olar.Ətraflı məlumat əldə etmək üçün “Bahar” yazıb 8145-ə SMS göndərin.“Faizləri azaltdıq!” kampaniyası barədə hər-hansı sual üçün 145 Məlumat Mərkəzinə zəng edin və ya www.facebook.com/bankofbaku səhifəsini ziyarət edin.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !