“Bank of Baku” müştəriləri aşağı faizli kreditlərlə təmin etmək məqsədi ilə “0%” kampaniyasını elan edir. Kampaniya çərçivəsində faiz hesablanmayan ayların sayı müştərinin bankla əməkdaşlıq tarixçəsindən asılı olaraq 1 aydan 3 aya qədərdir.
Bütün yeni müştərilərə 1 aylıq faiz hesablanmayan ay təyin edilir, yəni ilk 1 ayın faizi hədiyyə edilir.
Bankın “Dosltar Klubu”-nun Qızıl və Brilliant müştərilərinə (36 aydan çox bankın müştərisi olan müsbət tarixçəli müştərilərə) 3 aylıq faiz hesablanmayan aylar təyin edilir, yəni ilk 3 ayın faizləri hədiyyə edilir.
Digər bütün müştərilərə isə 2 aylıq faiz hesablanmayan aylar təyin edilir.
“0%” kreditinin minimum müddəti 12 ay, maksimum isə 36 aydır.
Məbləğ - 10,000 AZN-dəkdir.
Bütün yeni və təkrar müştərilər bu krediti arayışsız ala bilər. Arayışsız kreditin məbləği bankla iş tarixçəsindən və müştərinin iş yerindən asılı olaraq dəyişir.
Kampaniyanın müddəti 15 yanvar 2014-cü ilə kimidir.
Bankda krediti olanlar, cari krediti bağlamadan ikinci nağd kredit alıb, komissiyada endirim qazanmaq imkanı əldə edir.
Bu kreditə müraciət etmək üçün “SIFIR FAİZ” yazıb, 8145-ə SMS göndərin.
Daha ətraflı: www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.
ANN.Az