“Bank of Baku” Şirkətləri İLK Əngəlsiz Karyera Sərgisinə dəvət edir!

15:42 | 23.11.2015
“Bank of Baku” Şirkətləri İLK Əngəlsiz Karyera Sərgisinə dəvət edir!

“Bank of Baku” Şirkətləri İLK Əngəlsiz Karyera Sərgisinə dəvət edir!

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi "Fiziki Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin davamı olaraq Bank of Baku ölkənin İLK Əngəlsiz Karyera Sərgisini təşkil etməyi planlaşdırır.

"Fiziki Məhdudiyyət Uğurlu Karyeraya Əngəl Deyil” şüarı altında keçirələcək karyera sərgisi Bank of Baku-nun son bir ay ərzində icra etdiyi Fiziki Məhdudiyyətlərə Meydan Oxuyaq layihəsinin 40 nəfərə yaxın iştirakçısı üçün nəzərdə tutulub.

Sərgi 30 noyabr 2015-ci il tarixində, saat 11:00-da Hilton Baku otelində layihənin rəsmi bağlanış mərasiminin yekunu olaraq keçiriləcək.

Bank of Baku komandalarını fiziki məhdudiyyəti olmasına baxmayaraq peşəkar kadrlarla genişləndirmək istəyən şirkətləri sərgidə iştirak etməyə dəvət edir.

Öz şirkətini Azərbaycanın İLK Əngəlsiz Karyera Sərgisində təmsil etmək istəyən yerli və beynəlxalq təşkilatlar ksm@bankofbaku ünvanına şirkətin adını, kontakt şəxs və əlaqə vasitələrinə dair məlumatı göndərməklə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 27 noyabr 2015.

Sərgi haqqında və iştirakla bağlı daha ətraflı məlumatı (+994 12) 447 00 55 (dax. 837 və ya 840) nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

İlk Əngəlsiz karyera sərgisinin əsas tərəfdaşları insan resurslarının idarəedilməsi şirkəti olan Fireworks HRM və Hilton Baku otelidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM