Korporativ sosial məsuliyyətə mühüm əhəmiyyət verən “Bank of Baku” Azərbaycan təhsilinin dəstəklənməsinə yönəlmiş növbəti addımını atıb. Belə ki, “Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.İkitərəfli saziş bankla təhsil oçağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Sənədə əsasən yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüd proqramından faydalana biləcəklər. Qarşılıqlı əməkdaşlıq həmçinin tələbə və məzunların "Bank of Baku"-da təcrübə proqramlarına cəlb edilməsini və universitetdə fəaliyyət göstərən “Sabah” qruplarının təhsil aldığı auditoriyalardan birinin maddi-texniki təchizatının bank tərəfindən təmin olunacağını nəzərdə tutur.İmzalanma mərasimindən öncə müəllim-professor heyəti qarşısında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkənin inkişafında təhsilin mühüm rolundan danışaraq, bu proseslərdə biznes sektorunun təhsilin inkişafına göstərdiyi marağın və qayğının dəyərli olduğunu vurğuladı. Rektor ikitərəfli əməkdaşlıqdan müəllim və tələbələrin səmərəli istifadə edəcəklərinə əmin olduğunu bildirdi.Öz növbəsində “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov vurğuladı ki, bank üçün sosial yönlü aksiyalar prioritet əhəmiyyətlidir və bu mənada təhsilə ayrılan diqqət müstəsna əhəmiyyət daşıyır. Fərid Hüseynov qeyd etdi ki, “Bank of Baku” artıq Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir və yüzlərlə tələbə bu əməkdaşlıqdan geniş faydalanır.“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universiteti ilə əlaqələrin güclənəcəyinə inanır və gələcəkdə bir çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır.145 Məlumat Mərkəzi www.bankofbaku.com www.facebook.com/bankofbaku
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !