“Bank of Baku”dan “Arayışla gəl, 5%-dək kral endirimi al!” kampaniyası!

13:29 | 14.01.2014
“Bank of Baku”dan “Arayışla gəl, 5%-dək kral endirimi al!” kampaniyası!

“Bank of Baku”dan “Arayışla gəl, 5%-dək kral endirimi al!” kampaniyası!

“Bank of Baku” kreditlərin təminatlılığının artırılması məqsədi ilə “Arayışla gəl, 5%-dək kral endirimi al!” güzəştli kredit kampaniyası elan edir.Kampaniya çərçivəsində şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim edən bütün muştərilərə nağd kreditə 5%-dək endirim tətbiq edilir.Kreditin məbləği 15.000 AZN-dəkdir.Endirimli kampaniya 13 fevral 2014-cü ilə qədər davam edəcək.Beləliklə, güzəştli krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və arayış.Bütün yeni və təkrar müştərilər bu kreditdən faydalana bilər. Arayışlı kreditin məbləği müştərinin bankla əməkdaşlıq tarixçəsindən və iş yerindən asılı olaraq dəyişəcək.Bu kampaniya nağd kreditlərə şamil edilir (avtomobil, ipoteka, əmanət və VİP kreditlər istisnadır).5%-dək endirimli krediti rəsmiləşdirmək üçün “Bank of Baku”-nun istənilən filialını ziyarət etmək olar.İllik faiz dərəcəsinə edilən 5 %-dək endirim “Bank of Baku”-nun bu günə kimi müştərilərə etdiyi kredit güzəştləri sırasında ən böyük endirimlərdən biridir.Kampaniya barədə daha müfəssəl məlumatı bu keçiddən əldə etmək mümkündür: http://www.bankofbaku.com/az/stock/arayila-gel-5-faizdek-kral-endirimi-al-guzetli-kredit-kampaniyasi/ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM