Bank olmayan kredit təşkilatları ilə bağlı yeni sənədlər hazırlanıb - Baş direktor

09:41 | 23.10.2024
Bank olmayan kredit təşkilatları ilə bağlı yeni sənədlər hazırlanıb - Baş direktor

Bank olmayan kredit təşkilatları ilə bağlı yeni sənədlər hazırlanıb - Baş direktor

Bank olmayan kredit təşkilatlarında kredit riskləri ilə bağlı yeni sənədlər hazırlanıb. Bunu Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.  
 
"Martda bütün mailyyə sektoru üçün informasiya təhlükəsizliyi ilə bağlı tələblər müəyyən edilib. Növbəti illərdə tənzimlənmə hədəfləri olacaq. Bank olmayan kredit təşkilatlarında kredit riskləri ilə bağlı sənədlər hazırlanıb. Yaxın zamanda həmin sənədlərin imzalanması gözlənilir. Mərkəzi Bank mövcud çağırışları nəzərə alaraq maliyyə prinsiplərini qəbul edib. Risklərin idarə edilməsi təcrübələrin aşılanması nəzərdə tutulur", - Toğrul Əliyev oktyabrın 23-də "Dayanıqlı Mikromaliyyə üçün innovativ həllər" adlı konfrasnda bildirib. 
 
Hazırda Bakıda "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM