Bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib. Deputat bildirib ki, keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da artır.
"Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir?”.
Deputat bildirib ki, banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir.
"Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Oqtay müəllim, (Oqtay Əsədov) mən keçən il də bununla bağlı sizə müraciət etmişdim. Gəlin, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir. Onların bu istiqamətdə fikirlərini alaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !