Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

10:21 | 06.03.2024
Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

"Bank Respublika”nın 2023-cü ildə həyata keçirdiyi 6 layihə mükafata layiq görülüb.

Bakı, 06 mart, 2024. Bank Respublika 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 6 nominasiyada qalib edilib. 

Qeyd edək ki, hər il keçirilən müsabiqədə, ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir.
2023-cü ildə "Bank Respublika” həyata keçirdiyi bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 6 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
 
·         Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
·         Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
·         Ən fəal təhsil dəstəkçisi;
·         Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.
·         Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri;
·         "Özünüməşğulluq proqramında iştirak
 
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 
 
 
 
 
 
 
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM