Ölkəmizdə
real sektorun inkişafına böyük önəm verən Bank Respublika, hüquqi şəxslər və fərdi
sahibkarlar üçün yeni, təkmilləşdirilmiş "Mobil
Ofis Biznes” tətbiqini istifadəyə verdi.
#MobilOfisBiznes
tətbiqi vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən öz
smartfonları vasitəsilə cari hesablar, kartlar, sərəncamlar, köçürmələr və s.
haqqında günün istənilən vaxtı və operativ şəkildə məlumatlar əldə edə biləcəklər.
Qeyd edək
ki, həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan
#MobilOfisBiznes ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə
alınaraq yaradılıb. Təkmilləşdirilmiş #MobilOfisBiznes mobil tətbiqində yeni "İmzalar”
menyusu da əlavə olunub. Bunun sayəsində müştərilər bütün ödənişlərini həm təsdiq
edə biləcək, həm də hesablarını nəzarətdə saxlaya biləcəklər.
Yenilənmiş
#MobilOfisBiznes tətbiqi ilə sahibkar olmaq daha rahat olacaq, çünki ofisiniz
cibinizdə olacaq.
Biznesinizə
#rahatlıq gətirin, biznesinizi #birtoxunuşla idarə edin!
Daha ətraflı
məlumatı bankın rəsmi saytında
eləcə də facebook, instagram,
linkedin, telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !