Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək
verən Bank Respublika, aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından
istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da
sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalamışdır. Saziş çərçivəsində, Bank
kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni
"CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.
Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini
IFC ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış
saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq
olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcəkdir.
Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif
sahələrində çalışan şəxslər, Bank
Respublikanın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək
daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !