Bakı, 23 dekabr,
2024.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan
Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə
keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində "İlin
Bankı – 2024” nominasiyasında qalib gəldi. Bu nüfuzlu mükafat Bank
Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə
təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.
Tədbir
maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini
bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri,
dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə
sahəsinin peşəkarları iştirak ediblər.
"İlin Bankı – 2024” nominasiyasında Bank
Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət
etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin
Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi
yanaşmasının nəticəsidir.
Bank
Respublika, maliyyə sektorunda geniş spektrli xidmətləri ilə tanınır. Bankın təqdim
etdiyi rəqəmsal həllər müştərilərə sürətli və rahat bank xidmətləri təklif
edir. Eyni zamanda, müştəri mərkəzli yanaşma, dayanıqlı maliyyə idarəetməsi və
sosial məsuliyyətə verdiyi əhəmiyyət Bank Respublikanı sektorda fərqləndirir.
Bank Respublika, həmçinin ölkədə iqtisadi inkişafı dəstəkləmək və maliyyə
bazarlarında davamlı irəliləyiş əldə etmək məqsədilə yeni layihələr üzərində
çalışır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !