• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika - indi MilliÖN ödəniş sistemində

Bank Respublika - indi MilliÖN ödəniş sistemində
02.12.2013 14:57

Bank Respublika MilliÖN ödəniş sisteminin partnyorları sırasına qatıldı. Bank Respublika və MilliÖN ödəniş sistemi kredit borclarını sayı 1500-dən artıq olan MilliÖN ödəniş terminal şəbəkəsi vasitəsilə ödəmək imkanını təklif etdilər. 

 

Ödəniş terminalında krediti ödəmə üsulu çox sadədir: monitorda “Bank xidmətləri” seçildikdən sonra “Bank Respublika” düyməsinə basılır. Bankın müştəriləri müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrələrini daxil edir, lazım olan məbləği yatırır və qəbzini alır. Real vaxt rejimi pul vəsaitlərini dərhal hesaba yatırılmasına imkan verir. Əməliyyat üçün heç bir komissiya haqqı tutulmur.

 

MilliÖN şəbəkəsi Azərbaycanın bütün bölgələri üzrə 5000 ödəniş nöqtəsinə malikdir. 

MilliÖN şəbəkəsinin əsas məqsədi əhalini rahat, sürətli və keyfiyyətli ödəniş xidmətləri platforması ilə təmin etməkdir. MilliÖN vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası xidmətləri üzrə borclarını ödəyə bilərlər. Bu gün MilliÖN şəbəkəsinə 60 kütləvi xidmət müəssisələri qoşuludur. İlin sonunadək bu şirkətlərin sayının 80-dək çatdırılması və göstərilən xidmətlər çeşidinin artırılması nəzərdə tutulub. MilliÖN ödəniş köşkləri əsasən ticarət və biznes mərkəzlərində, banklarda, dövlət idarələri və şöbələrində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakı və digər şəhərlərin vağzallarında quraşdırılıb. 

 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol