Bank Respublika bütün
maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq müsbət nəticələr əldə edib
Ölkənin
ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci
yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank inkişaf tempini əhəmiyyətli
dərəcədə artıraraq, ölkənin bank sektorunun liderlərindən biri statusunu möhkəmləndirib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
✅ Bankın aktivləri 30% artaraq 2,23 milyard manat təşkil edib ki, bu
da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
✅ Bankın depozit portfeli 39% artaraq 1,49 milyard manat təşkil edib ki, bu
da çoxsaylı müştərilərin "Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
✅ Bankın xalis əməliyyat mənfəəti 52% artaraq 33,386 milyon manata çatıb.
✅ I dərəcəli kapitalın adekvatlıq əmsalı - 8,56% (norma 6%)
✅ Məcmu kapitalın adekvatlıq əmsalı - 13,11% (norma 12%)
✅ Leverec əmsalı - 5,52% (norma 5%)
✅ Bankın xalis mənfəəti 49% artaraq 26,26 milyon manat təşkil edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !