Yarandığı
gündən etibarən müştərilərinə daim faydalı və sərfəli bank məhsulları təqdim edən
Bank Respublika, daha bir uğura imza atıb. Belə ki, Bankın həyata keçirdiyi
loyallıq proqramı çərçivəsində, kart müştərilərinin qazandığı bonus 100 min
manatı keçib.
Hazırda
400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində "Bank Respublika”ın istənilən
kartları ilə edilən ödənişlər zamanı kart sahibləri müəyyən həcmdə BONUS
qazanırlar. Bankın əməkdaşlıq etdiyi partnyor
şəbəkəsində istənilən sektordan – supermarket, geyim, ev əşyaları, parfümeriya,
texnika, turizm, səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.
Ölkəmizdə
müştərilər üçün tətbiq edilən ilk loyallıq proqramlarından biri olmaqla yanaşı,
Bankın həyata keçirdiyi bonus layihəsi respublikamızda nağdsız ödənişlərin
aparılmasının stimullaşdırılmasına da böyük dəstək verir.
Mobil
Şöbə əlavəsini yararlanaraq Siz, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq
etdiyi partnyor mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə
də, banka gəlmədən öz kart hesabınızı idarə edərək istənilən bank əməliyyatını
həyata keçirə bilərsiniz.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !