Ölkəmizdə real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika, daha öncə sahibkarlar üçün start verdiyi "İkiqat Dəstək” adlı sərfəli mikro kredit kampaniyasının müddətini 1 mart 2024 tarixinədək uzadıb.
2024-cü ildə biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq üçün dəstəyə ehtiyacınız varsa bu kampaniyadan faydalana bilərsiniz.
Kreditin maksimal məbləği - 50.000 manatadək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə, min. 10% təşkil edir.
Kampaniyanın digər özəllikləri:
· Zaminsiz və tranşla kredit götürmək imkanı;
· Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
· Kredit xətti açılması imkanı;
· 12 ayadək güzəşt müddəti;
· Sərbəst ödəniş qrafiki;
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !