Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm
verən "Bank Respublika”nın təşəbbüsü ilə, regionlarda fəaliyyət göstərən kiçik
və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilib.
Respublikamızın müxtəlif regionlarında işgüzar
formada təşkil olunmuş görüşlərdə 100-a
yaxın qadın sahibkar iştirak edib.
İştirakçılar arasında səmimi mühitdə keçirilən
tədbirdə xanım iş adamları bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank
təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və
orta sahibkarlıq fəaliyyətinin daha effektiv qurulması üçün müəyyən təkliflər
irəli sürüblər.
Daha sonra tədbirdə sahibkarları maraqlandıran
məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
Tədbirin sonunda Bankın əməkdaşları qadın
sahibkarları qarşıdan gələn "8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik
edib onlara hədiyyələr təqdim edib.
Bankdan verilən məlumata əsasən, Bank bundan
sonra da sahibkarlarla işguzar mühitdə görüşlərə davam edəcək və onların
inkişafı üçün dəstək olacaq layihələr həyata keçirəcək.
Daha ətraflı məlumatı
bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə
edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !