Ölkənin
aparıcı banklarından biri olan "Bank Respublika” ilə Topaz Premyer Liqasında
mübarizə aparan"Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq
haqqında yeni müqavilə imzalanıb.
Müqaviləyə
əsasən, "Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I
Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə
keçirdikləri bütün oyunlarda üzərində "Bank Respublika” yazılan formalarda
çıxış edəcəklər.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi
Masazırdakı stadion yeni mövsümdən "Bank
Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam
materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
"Biz
inanırıq ki, "Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv
inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir.
Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin
"Bank Respublika Arena” adlanması, Bankımızın Azərbaycan futboluna olan dəstəyin növbəti
göstəricisi olacaq", deyə Bank Respublikanın İdarə
Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
"Azərbaycan
futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il "Bank
Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə
bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion "Bank Respublika
Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam
doğruldub və aramızdakı bağlar daha da
möhkəmlənib. Fikrimcə, bu anlaşma "Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin
başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim
klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”, deyə
"Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !