• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib

Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib
11.10.2024 11:40
Bank Respublika biznesin bütün sahələri üzrə dinamik inkişaf nümayiş etdirib
 
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu möhkəmləndirib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
✅  Bankın aktivləri 15% artaraq 2,2 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
✅  Bankın məcmu kapitalı 38% artaraq 206,7 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
✅  Bankın kredit portfeli 25% artaraq 1,4 milyard manata çatıb.
✅  Bankın depozit portfeli 12% artaraq 1,3 milyard manat təşkil edib.
✅  Bankın xalis faiz gəlirləri 30%-dən çox artaraq 109,43 milyon manata çatıb.
✅  Bankın xalis əməliyyat mənfəəti 46%-dən çox artaraq 52,1 milyon manata çatıb.
✅  Bankın xalis mənfəəti 53% artaraq 39,2 milyon manat təşkil edib.
✅  I dərəcəli kapitalın adekvatlıq əmsalı -  9,58% (norma 6%)
✅  Məcmu kapitalın adekvatlıq əmsalı -  13,66% (norma 12%)
✅  Leverec əmsalı - 6,68% (norma 5%)
 
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
 
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol