Bakı, 20 dekabr,
2024. Ölkənin
aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı
inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni "Bank
Respublika”nın İdarə Heyətinin sədri Tariyel
İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.
İmzalanma mərasimində Bank
Respublikanın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış
simaları və media nümayəndələri iştirak etdilər.
Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən
biridir.
Bank sektorunun futbolumuzun
inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna
göstərdiyi diqqətə, əməkdaşlığa görə "Bank Respublika”ya dərin təşəkkürümüzü
bildiririk. Bu əməkdaşlığın həm milli
assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan
Hacıyev qeyd edib.
"Bank Respublika olaraq Azərbaycan futbolunun
gələcəyinə inanırıq və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən
qürur duyuruq. Əminik ki, Milli Komandamız gələn il Dünya Çempionatının seçmə
oyunlarında baxımlı oyun nümayiş etdirərək futbol azarkeşlərimizi sevindirəcək.
AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc
istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim
məqsədlərimizdir." deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov
qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !