Bank Respublika yeni tədris ili öncəsi qəhrəman övladlarını diqqətsiz qoymadı!

09:53 | 16.09.2021
 44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlət tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərilən qayğı və görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.

Belə ki, Bank yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycanın müxtəlif regionlarında şəhid və qazi övladları üçün xüsusi aksiya həyata keçirib. Aksiya çərçivəsində  "Bank Respublika”nın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid və qazi olmuş əsgər və zabitlərin ibtidai siniflərdə təhsil alan övladlar ilə görüşərək, atalarının vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Həmçinin, uşaqlara yeni tədris ilinin başlanması ilə əlaqədar içərisində müxtəlif dərs ləvazimatları olan və üzərində "Qəhrəman övladı” yazılmış məktəbli çantaları hədiyyə edilib.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM