Yeni tədris ilinin
başlamasına sayılı günlər qalıb. Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə
yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə
gözləyir.
Ölkəmizdə sosial layihələrə böyük önəm verən Bank Respublika, ənənəyə
sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu il birinci sinifə gedəcək məktəbliləri
sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Məktəbə hazıram!”
adlı layihə həyata keçirib.
Layihə çərçivəsində bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən
Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il
birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib,
mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda
Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə
dolu məktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni
biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu
etdilər.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti
Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif
sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !