Azərbaycanın ən iri banklarından biri olan Bank Respublika, 11 iyun
tarixində Hilton otelində yeni innovativ məhsulu olan - Mastercard Paypass Sticker-nin təqdimat mərasimini keçirdi.
Anews.az xəbər verir ki, tədbirdə
kiçik və orta sahibkarlığın 150-dən çox nümayəndəsi, eləcə də bankın müştəriləri
iştirak etdilər.
Paypass
Sticker - MasterCard PayPass kartlarının kompakt analoqu kimi xidmət göstərən
innovativ bir məhsuldur. İndi bu stiker vasitəsilə müştərilər bir toxunuşla
rahat, asanlıqla və təhlükəsiz bir şəkildə ödəniş edə biləcəklər. Stikeri POS
terminal yaxınlaşdlrmaq kifayət edir ki, ödəniş yerinə yetirilsin. Stiker-kartın
üstünlüyü ondan ibarətdir ki, onu müştəriyə rahat olan istənilən əşya üzərinə
yapışdırmaq olar, məsələn, telefon, çanta və ya cüzdan üzərinə. 50 manata qədər
alışlar üçün ödəniş etdikdə PİN-kodu daxil etmək tələb olunmur. Stiker ayrıca və
ya mövcud kart hesabına bağlı verilə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !