Bank
Respublika 2019-cu ilin birinci yarımilliyinə dair maliyyə hesabatlarını
açıqlayıb. Yarımilliyin nəticələrinə əsasən, Bank inkişaf tempini möhkəmləndirib
və bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib.
Hesabata
əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 20 dəfədən
çox artararq 12,83 mln.manat, xalis faiz mənfəəti 2 dəfə artaraq 17,67 milyon
manat, xalis əməliyyat mənfəəti isə 7 dəfədən çox artaraq 20,81 milyon manat təşkil
etmişdir.
Bundan
başqa, Bankın məcmu kapitalı 66%, depozit portfeli 48,6%, kredit portfeli 43,9%artıb. Bankın aktivlərində isə, ötən ilin analoji
dövrü ilə müqayisədə 41,5% artım qeydə alınmışdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !