Belə ki, hesabata əsasən
ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 12,8 dəfədən çox
artararq 15,6 mln.manat, xalis faiz mənfəəti 1,7 dəfə artaraq 29 milyon manat,
xalis əməliyyat mənfəəti isə 4,4 dəfədən çox artaraq 27,3 milyon manat təşkil
etmişdir.
1 oktyabr 2019-cu
il tarixinə bankın aktivləri 1,3 milyard manat təşkil edibki, bu da ötən ilin
analoji dövrü ilə müqayisədə 39% çoxdur. Eyni zamanda, Bankın məcmu kapitalı
45,8%, depozit portfeli 44,8%,kredit portfeli 52 %artıb.
"Bütün sahələr üzrə əldə etdiyimiz pozitiv maliyyə
göstəriciləridaha öncə olduğu kimi,üçüncü rübdə də Bankın, uğurlu fəaliyyət
göstərdiyini təsdiq edir. Qeyd etmək istərdim ki, biz ölkə iqtisadiyyatının
drayveri rolunu oynayan real sektora xüsusi önəm veririk.Təsadüfi deyil ki, Bankın
kredit portfelinin 70% -dən çoxu bilavasitə ölkədə sahibkarlığın maliyyələşdirilməsinə
yönəldilən kreditlər təşkil edir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !