• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Bank Respublikanın xalis faiz gəlirləri artaraq 38,3 mln manat təşkil edib

Bank Respublikanın xalis faiz gəlirləri artaraq 38,3 mln manat təşkil edib
28.07.2020 13:04
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, COVİD-19 pandemiyasından yaranan çətinlilkərə baxmayarq, Bank cari ilin birinci yarımilliyində dinamik inkişaf etməyə davam edib və ötən ilin analoji dövrü ilə müqayisədə artım nümayiş etdirib.
 
İkinci rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 4,5 mln. manat təşkil edib. Ötən ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz gəlirləri 21% artaraq 38,3 mln. manat təşkil etmişdir. Hesabata əsasən, Bankın məcmu kapitalı 19% artaraq 83,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. Bankın depozit portfeli 678,5 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərindən biridir. Şübhəsiz ki, bu, növbəti dəfə böyük sayda müştərinin Bank Respublikaya tam olaraq etibar etdiyini təsdiq edir.
 
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək ilin birinci yarısında 125 mln. manat məbləğində kredit vermişdir. Hesabat dövrünün sonuna Bankın ani likvidlik əmsalı 71,9% təşkil edib, bu isə normadan təxminən 2,4 dəfə artıqdır

Yüksək likvidlik və dollarla kreditə tələbin olmamasını nəzərə alaraq, Bank faiz xərclərini optimallaşdırmaq üçün valyuta öhdəliklərini azaltmışdır. İlin birinci yarısının sonunda likvid aktivlər bankın cəmi aktivlərinin 34% -ni təşkil etmişdir. Bu hal Bankın yüksək maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasına dəlalət edir.

Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,0%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,7% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,4 dəfə çoxdur.  
 
"Birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVİD-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir. Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini  təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik”. deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol