Anews.az xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.
"İclasa Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də dəvət edilib. İclasda "Bank Standard"ın maliyyə vəziyyəti və ləğv prosesi, habelə Kreditorlar Komitəsinin yeni tərkibinin müəyyən edilməsi, o cümlədən Komitənin sədrinin və katibinin dəyişdirilməsi məsələsi müzakirə ediləcək. Komitə sədri olaraq mən istefa verəcəyəm. Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini iyunun 4-nə qədər mənə ünvanlaya bilərlər", - deyə Ə.Həsənov qeyd edib.
Bundan başqa, hüquqşünas bildirib ki, Kreditorlar Komitəsinin Əsasnaməsinə görə iclasda yetərsay, onun üzvlərinin 2/3 hissəsi qədərdir: "Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən, hazırda Komitənin üzvlərinin sayı məndən başqa, 26 nəfərdir. Bunlardan da 20-si Komitəyə ADIF-in təşəbbüsü ilə daxil edilib. Amma bu üzvlərin əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir. Odur ki, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələlərin (Komitə sədri və katib seçkisi) həll edilməli olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, "Bank Standard"ın təxminən 45 min kreditoru var”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !