"Bank Technique" fəaliyyətini tam bərpa edib

12:45 | 29.10.2015

"Bank Technique" fəaliyyətini tam bərpa edib

"Bank Technique” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildikdən və Etibar Əliyev Şuranın sədri vəzifəsinin icrasına başlayandan sonra Bankın fəaliyyəti tam bərpa edilib.

"Report"un verdiyi xəbərə görə, Bankın yaydığı məlumatda bildirilir ki, hazırda "Bank Technique” xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Qeyd edək ki, "Bank Technique” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmiş E.Əliyev oktyabrın 27-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, oktyabrın 16-da Bankın səhmdarlarının yığıncağında Müşahidə Şurasının sədri Rövşən İsmayılovun işdən çıxması ilə bağlı ərizəsi təmin edilib. R.İsmayılov bu vəzifədə 2012-də ildə elə E.Əliyevi əvəz eləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM