Bank VTB-də (Azərbaycan) yeni təyinat

20:54 | 20.05.2019
Bank VTB-də (Azərbaycan)  yeni təyinat

Bank VTB-də (Azərbaycan) yeni təyinat

Bu günlərdə Bank VTB-də (Azərbaycan)  yeni təyinat həyata keçirilib. Şəfiqə Hacıyeva bankın Sənədli Əməliyyatlar və Ticarətin Maliyyələşirilməsi şöbəsinə rəhbər təyin olunub. 


Buna qədər Şəfiqə Hacıyeva Azərbaycanın digər bankında məsul vəzifədə çalışırdı. Belə ki o, uzun müddət "Amrahbank” ASC-nın Biznesin İnkişafı və Marketinq departamentinin direktoru vəzifəsini uğurla icra edib. 


Şəfiqə Hacıyeva  öz iqtisadçı karyerasına 2005-ci ildən NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb. 


Qeyd edək ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə maqistr, ondan əlavə Azərbaycanın ADA Universitetində və Hollandiyanın biznes məktəbində (Maastricht School of Management) EMBA dərəcələrini alıb.


Şəfiqə Hacıyevaya  yeni işində uğurlar arzulayırıq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb