Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən
irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə
uyğunlaşdırır. Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı
qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant
istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar
əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən
İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant
qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış
kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.
İnternet Bank sistemi xüsusilə karantin
dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə
yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən
faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan
çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili
köçürmələr apara bilərlər.
Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə
xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit
əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici
valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq
Bankının İnternet Bank sisteminin korporativ müştərilərə yaratdığı
imkanlardandır. Xidmət haqqında daha ətraflı məlumatı buradan
əldə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər