Bankdan 150 minlik oğurluq

23:59 | 22.04.2015
Bankdan 150 minlik oğurluq

Bankdan 150 minlik oğurluq

Türkiyə banklarından birində soyğunculuq baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbulun Bağcılar rayonunda baş verən hadisə zamanı 150 min türk lirəsi oğurlanıb. 

Bank şöbəsinə gələn üzü maskalı və silahlı adamlar təhlükəsizlik xidmətinin əməkdaşını təhdid edib və təsirsiz hala gətirib. Daha sonra xəzinədənki pulları götürən oğrular polis gəlmədən ərazidən qaçıb. 

Soyğunçular qaçarkən təhlükəsizlik xidmətinin əməkdaşının silahını da götürüb. Bank işçilərinin xəbər verməsindən sonra hadisə yerinə çox sayda polis dəstələri cəlb edilib. 

Polislər qaçan oğruları tutmaq üçün bankın və ətrafdakı təhlükəsizlik kamera görüntülərini 
araşdırmağa başlayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti