ANN.Az xezerxeber.az-a istinadən bildirir ki, aldadaraq manatla olan kreditini dollara çeviriblər. Oğuzun Top kənd sakini Turab Lətifov 2014-cü ildə bankdan 1500 manat kredit götürüb. 2015-ci ilin iyun ayında pulu ödəyə bilməyib və gecikmə yaranıb. o iddia edir ki, Bankdan onu çağıraraq bildiriblər ki, ödəniş müddətini uzadaraq aylıq məbləği azalda bilərlər.
Turab Lətifov bununla razılaşıb və yeni müqavilə bağlamaq üçün banka gedib. Onun sözlərinə görə, bankda onu aldadaraq dollarla kredit götürmək barədə müqaviləyə imza atdırıblar.
Turab Lətifov krediti tam ödəyib. İndi isə bank ikinci devalvasiyadan sonra əmələ gələn əlavə məbləği ondan tələb edir. Bu da 507 manat edir.
Ekspertlər bildirirlər ki, bankın məcburi şəkildə müştəriyə müqavilə imzalatmaq hüququ yoxdur. Turab Lətifov aldadıldığını bildiyi andan etibarən 1 il ərzində məhkəməyə müraciət edərək müqaviləni ləğv etdirə bilərdi. Lakin artıq həmin müddət bitdiyindən məhkəmədə iddi qaldırsa da, heç bir xeyri olmayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !