Bu barədə Handelsblatt alman qəzetinə bəyan edib, Oxu.Az xəbər verir.
"Şəxsən mənim fikrimcə, bu qəbildən olan sanksiyaların yeridilməsi müharibə deməkdir”, - VTB rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bank sistemi dollar və avroya əsaslandığı üçün Rusiya iqtisadiyyatının zəif yeridir.
Kostin xəbərdarlıq edib ki, Rusiya banklarının SWIFT bank sistemini tərk etdiyi gün ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməli olacaq.
Sentyabrın 18-də Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Rusiyanın SWIFT sistemindən çıxarılması imkanını nəzərdən keçirməyə çağırıb.
Bir həftə sonra isə Andrey Kostin bildirib ki, VTB Sberbank ilə SWIFT sisteminin alternativini yaratmaq barədə danışıqlar aparır. Onun sözlərinə görə, MB sistemi artıq mövcuddur, amma onun istifadəsi yüksək xərclərlə əlaqəlidir. O qeyd edib ki, banklar tərəfindən yaradılan bu sistem daha ucuz başa gələcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !