Banklar dollar alışını artırıb - Məbləğ

13:03 | 13.08.2024
Banklar dollar alışını artırıb - Məbləğ

Banklar dollar alışını artırıb - Məbləğ

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 80,9 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 64,9 milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamı valyuta hərracı 80,9 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti