Banklar dollar alışını azaldıb

16:10 | 03.12.2024
Banklar dollar alışını azaldıb

Banklar dollar alışını azaldıb

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 71,8 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 80,1 milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamı valyuta hərracı 71,8 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM