Banklar hərracda 58 milyon dollar alıb - Rəsmi

14:57 | 18.01.2024
Banklar hərracda 58 milyon dollar alıb - Rəsmi

Banklar hərracda 58 milyon dollar alıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 58 milyon dolların satışını təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Yanvarın on altısında  keçirilən hərracda banklar 52,9 milyon dollar alıb.

"Yanvarın 18-də keçirilən hərracda banklar tərəfindən tələb 58 milyon dollar təşkil edib və tam ödənilib. Hərracın yekunlarına əsasən, manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - Mərkəzi Bankdan bildirilib. 

2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM