Banklar hərracda 80 milyondan çox dollar alıb - Rəsmi

13:07 | 11.01.2024
Banklar hərracda 80 milyondan çox dollar alıb - Rəsmi

Banklar hərracda 80 milyondan çox dollar alıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 80,4 milyon dolların satışını təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Yanvarın doqquzunda keçirilən hərracda banklar 74,9 milyon dollar alıb.

"Yanvarın 11-də keçirilən hərracda banklar tərəfindən tələb 80,4 milyon dollar təşkil edib və tam ödənilib. Hərracın yekunlarına əsasən, manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - Mərkəzi Bankdan bildirilib. 

2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM