Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

14:05 | 12.03.2024
Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 79,4 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 79,1 milyon ABŞ dolları olub. 
 
"Martın 12-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 79,4 ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır", - mərkəzdən bildirilib.
 
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb. 
 
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM