Banklar kredit dərəcələrini aşağı salacaq?

11:17 | 10.05.2014
Banklar kredit dərəcələrini aşağı salacaq?

Banklar kredit dərəcələrini aşağı salacaq?

Mərkəzi Bank banklara kredit dərəcələrinin aşağı salınmasını tövsiyə edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

E. Rüstəmov bildirib ki, istehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyi üçün bank hərarəti yaranmışdı və bunu soyutmağa ehtiyac vardı: “Bu məqsədlə avtomobillərin alınması, o cümlədən istehlak kreditləri ilə bağlı qaydalar sərtləşdirilib, yeni avtomobillərlə bağlı ilkin ödənişin miqdarı artırılıb, eyni zamanda istehlak kreditləri üçün müraciət edən şəxslərdən iş yerindən arayış və digər sənədlərin istənilməsi, onların gəlirlərinin müəyyənləşdirilməsi tələbi qoyulub”.

 

Mərkəzi Bankın İdarə heyətinin sədri qeyd edib ki, əvvəllər banklar asan şərtlərlə, yüksək faiz dərəcələri ilə kreditlər veriblər. Yüksək faiz dərəcələri ilə kreditlərin verilməsi isə əhalinin ödəmə qabiliyyətinin yüksək olmaması ilə izah olunub: “İndi biz kredit dərəcələrinin aşağı salınması şərtini qoymuşuq. Bununla da bazarda kreditin alıcıları real ödəmə qabiliyyətinə malik müştərilər olacaq. Yəni banklar artıq əhalinin ödəmə qabiliyyətinin az olduğunu əsas gətirərək yüksək kredit dərəcələri tələb etməyəcəklər”.

 

E. Rüstəmovun sözlərinə görə, kredit dərəcələrinin nə qədər aşağı salınacağını isə hələ ki, rəqəmlə ifadə etmək mümkün deyil.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb