• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Banklar niyə kredit vermir?

Banklar niyə kredit vermir?
04.12.2021 20:56
Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan iki dəfə çox - 7 milyard manat civarındadır.  Bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında deyib. O qeyd edib ki, artım olsa da, həmin potensial reallaşdırılmır.


"Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”.


Bəs likvidliyin normadan çox olduğu bank sektorunda kreditlərin verilməməsinin səbəbi nədir? Bank kredit verməməkdə haqlıdırmı?


Mövzu ilə bağlı "Kaspi” qəzeti məqalə dərc edib.


Hüquqşünas Əkrəm Həsənov deyir ki, banklarda xeyli vəsait cəmlənsə də, onların kreditə çevrilməsi ciddi problemdir:


"Kreditin qaytarılmama ehtimalı, yaxud da kreditin problemli kreditə çevrilməsi çox ciddi məsələdir. Banklar son illərdə bununla tez-tez üzləşir. Yaxşı borcalan tapmaq banklar üçün problemə çevrilib. Çünki həm vətəndaşlar, həm də sahibkarlar krediti qaytarmaqda problem yaşayırlar”.


Vəkilin sözlərinə görə, bəzən vətəndaşlar bilərəkdən krediti qaytarmırlar:


"Problemin obyektiv səbəbləri da olur. Vətəndaşın birdən-birə gəlirinin azalması, biznes fəaliyyətinin uğursuzluğu obyektiv səbəblərdir. Amma təəssüf ki, bəzən bunu bilərəkdən də edirlər. Məhkəmələrdə bankları süründürməyə başlayırlar. Banklar isə bu süründürməçilikdən qorxur. Məhkəmə, hüquq sisteminin problemləri bankların işinə təhlükə yaradır”.


Vəkil deyir ki, indi girov da bank üçün problemdir:


"Hazırda daşınmaz əmlakı satmaq da çətindir. Yəni banklar kredit verir, girov götürür, amma daşınmaz əmlakı sata bilmirlər. Heç kəs öz əmlakını ucuz satmaq istəmir. Bank da girov götürür sonra krediti qaytarmayanda, borcalanı məhkəməyə verir. Lakin məhkəmə yolu ilə o girovu satmaqda çətinlik çəkir”.


Ekspert vurğulayır ki, banklarda əlavə vəsaitin toplanmasının səbəblərindən biri də kredit faizlərinin yüksək olmasıdır. Yəni krediti götürmək və qaytarmaq imkanı olan da, faiz dərəcələrinə görə, bu riskə getmir:


"Banklar, əvvəlcə əmanət faizlərinin dərəcəsini endirməlidirlər. Səbəblərdən biri həm də odur ki, kredit faizləri yüksəkdir. Krediti götürə bilən də faiz yüksək olduğu üçün bu riskə getmir. Faiz dərəcələri endirilsə, həqiqətən də yaxşı müştərilər banklardan kredit götürəcəklər. Vəziyyətdən çıxmaq üçün bankların görə biləcəyi ancaq budur. Bütövlükdə isə qanunçuluq gücləndirilməlidir. Bu gün kimsə bizdən borca pul istəsə, qaytara bilməməyindən qorxur, vermirik. Məhkəməyə müraciət edəndə isə illərlə çəkir. Bu səbəbdən də bankı kredit vermədiyi üçün qınaya bilmirik”.


İqtisadçı ekspert Xəyal Məmmədli deyir ki, artıq vəsait olsa da, kredit verməmək bankın problemi deyil:


"Banklarda ali likvidlik əmsalı 30 faiz və ondan yuxarı olmalıdır. Yəni 30 faizdən az olması yolverilməzdir. Hazırda bankda iki dəfə artıq pul kütləsi var. Amma bankları pul kütləsini kredit şəklində vermədiyinə görə günahlandırmaq olmaz”.


Ekspert deyir ki, burada əsas faktor kredit veriləcək şəxsin maddi durumudur:


"Bank pul kütləsindən gəlir əldə edən maliyyə qurumudur. Bankın əlində pul kütləsi varsa, həmin pul kütləsinə görə də xərcləri var. Normadan yuxarı likvidlik əmsalı olduğu halda, banklar bunu kreditləşdirmirsə, deməli problem bankda deyil. Çünki əgər hər şey qaydasındadırsa, bu vəsaitləri onlar bazarda yerləşdirməyə hazır olmalıdırlar. Burada əsas faktor kredit veriləcək fiziki, sahibkar fiziki və hüquqi şəxslərin durumudur”.


Ekspert vurğulayır ki, pandemiya səbəbindən bazarda ödəmə qabiliyyətində çətinlik yarandığı üçün banklar kredit verməkdən ehtiyat edirlər:


"Burada əsas səbəb kimi pandemiyanı, pandemiyadan zərər çəkən sahibkarları, iş yerləri bağlandığına görə, işini itirən fiziki şəxsləri göstərmək olar. Banklar verdikləri kreditlərin geri ödənməsində problem yarandığına görə, yenidən kreditləşmədə tərəddüd edirlər və faktiki olaraq, risk dərəcəsi yüksəlib. Bu səbəbdən də banklar əllərində olan vəsaiti yerləşdirməkdə çətinlik çəkirlər. Daha çox düşünür, bir çox müştərilərə kredit verməkdən imtina edir və sağlam müştərilər axtarırlar. Vəziyyət düzəlmədikcə, banklar əvvəlki qədər kreditləşmə etmək niyyətində deyillər”.


Qeyd edək ki, bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank sektorunun aktivləri 33 milyard 426,7 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 faiz daha çoxdur. Aktivlərin strukturunda 13 milyard 981,9 milyon manat vəsaitin müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Bu il sektorun kredit portfeli 7,8 faiz artıb, aktivlərdə kreditin payı isə 41,7 faizdən 41,8 faizə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,6 faiz artaraq, 28 milyard 613 milyon manata çatıb. Depozit portfeli 16,25 faiz böyüyərək 22 milyard 749,7 milyon manata çatıb. Bunun 8 milyard 400,2 milyon manatı fiziki şəxslərin, 14 milyard 439,5 milyon manatı hüquqi şəxslərin depozitidir. İl ərzində əhalinin banklardakı vəsaiti 8,1 faiz, şirkətlərin banklardakı vəsaiti isə 21,55 faiz artıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
İqtisadiyyat 11:39
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
İqtisadiyyat 11:19
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır
İqtisadiyyat 11:16
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır

Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng
İqtisadiyyat 11:08
Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng

AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
İqtisadiyyat 10:55
AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol