Banklar valyuta hərracında valyuta alışı üçün müraciət etməyiblər

22:12 | 24.01.2023
Banklar valyuta hərracında valyuta alışı üçün müraciət etməyiblər

Banklar valyuta hərracında valyuta alışı üçün müraciət etməyiblər

Azərbaycan Mərkəzi Bankı (AMB) çərşənbə axşamı valyuta hərracı keçirsə də  banklar xarici valyutanın alışı üçün müraciət etməyiblər.

"24 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Banklar xarici valyutanın alınması üçün ərizə təqdim etməyiblər”, -  AMB məlumat verib. 

19 yanvar 2023-cü il tarixində keçirilən hərracda AMB banklara 1,5 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma) xarici valyuta satıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti