Banklarda 4 günlük pul qalıb

16:17 | 09.07.2015
Banklarda 4  günlük pul qalıb

Banklarda 4 günlük pul qalıb

Yunan banklarında sadəcə bazar ertəsinə qədər yetəcək pul qaldığı deyilir

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yunanıstanda istisadi böhran davam edir və bankomatlarda sadəcə bazar ertəsinə qədər pulun qaldığı müəyyən edilib. Kapital nəzarəti həyata keçirilən ölkədə gün ərzində cəmi 60 avro çəkmək mümkündür. Məsələ ilə bağlı Yunanıstan Banklar Birliyinin sədri Louka Katseli açıqlama verib: "Hər şey bazar ertəsinə qədər təminat altındadır". Normal vəziyyətdə isə bankların 13 iyul tarixinə qədər bağlı qalması və daha sonra açılması tələb olunurdu.

Hazırda Yunanıstanln qara bazarında 2002-ci ilə qədər dövriyyədə olan və həmin il yanvarın 1-də avro ilə əvəzlənən milli valyuta - draxmaların alış-satışı aparılır.

2015-ci ilin 3 aprelində Yunan hökuməti milli bank sisteminin və draxmanın dövriyyəyə buraxılması ilə bağlı plan hazırlayıb. Əgər Avropa Birliyi ilə hər hansı razılıq əldə olunmasa, bu planın həyata keçirilməsinə başlanılacaq. Planın həyata keçirilməsinə start verilərsə, o zaman sosial öhdəliklərin icrası üçün hökumətin pulu olmayacaq.

Digər tərəfdən Avropa ölkələri öz şərtlərini Yunan hökumətinin diqqətinə çatdırmaqda davam edir.

Fransa prezidenti Fransua Olland Yunanıstanın yenidən Avro Zonaya üzv olması üçün etibarın qazanılması üçün tez və qəti şəkildə iqtisadi islahatlar planını ortaya qoymasını tələb edib. O, bu fikri Sloveniya dövlət başçısı Miroslav Cerar ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Olland onu da vurğulayıb ki, Fransa bu məsələdə Yunanıstana lazım olan bütün dəstəyi verməyə hazırdır, yetər ki, islahatlara getməyə razılıq verilsin.

Nuray

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM