Banklarda əmanətlərin vergiyə cəlb olunması ciddi problem yaratmayacaq - Bank rəsmisi

11:47 | 01.02.2023
Banklarda əmanətlərin vergiyə cəlb olunması ciddi problem yaratmayacaq - Bank rəsmisi

Banklarda əmanətlərin vergiyə cəlb olunması ciddi problem yaratmayacaq - Bank rəsmisi

Əməliyyat gəlirlərinin vergiyə cəlb olunması hər hansı ciddi dəyişikliklərə səbəb olmayacaq, bunu AMB-nin Baş direktoru Toğrul Əliyev deyib.
 
"Bu qanunla təznimlənir. Sadəcə 2006-ci ildə 7 il müddətinə faiz gəlirlərinə güzəştlər tətbiq olunmuşdu. Apardığımız təhlillər bunu deməyə əsas verir ki, gəlirlərin vergiyə cəlb olunması hər hansı ciddi dəyişikliklər yaratmayacaq” – sədr müavini bildirib.
 
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilib. Qanuna görə,  yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olub.  
 
 "Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb.  
 
Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaradıb.
 
2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti olub, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib.
 
Həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM