Bankların aktivlərinin həcmi azalıb

19:20 | 07.09.2017
Bankların aktivlərinin həcmi azalıb

Bankların aktivlərinin həcmi azalıb

Azərbaycanda  fəaliyyət göstərən 31 bankın avqust ayının 1-nə cəmi aktivləri  29,708.5 milyon manat təşkil edib. Bu da iyul ayının 1-i ilə müqayisədə azalma deməkdir. Belə ki, cari ilin 6 ayında bankların aktivlərinin həcmi 30,036.9 milyon manat olub.

anews.az xəbər verir ki, bankların cəmi öhdəlikləri 26,872.0 milyon manat olub. Bu da əvvəlki ayla müqayisədə azalma deməkdir. Sektorun balans kapitalı 2,836.5 milyon manat olub.

Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi iyun ayındakı 647.4  milyon manatdan 616,9 milyon manata düşüb.

Bankların xalis mənfəəti 216.8 milyon manat olub. Bu da əvvəlki aylarla müqayisədə 131.9 milyon manat artım deməkdir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM