Bankların bir çoxu sms xidmətindən imtina edib - AMB-nin sədr müavini

15:08 | 17.11.2023
Bankların bir çoxu sms xidmətindən imtina edib - AMB-nin sədr müavini

Bankların bir çoxu sms xidmətindən imtina edib - AMB-nin sədr müavini

Bankların bir çoxu sms məlumatlandırma xidmətindən imtina ediblər. Bu sözləri Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib. 

"Sms məlumatlandırma xidmətinin qiymətlərində müəyyən olunan artım bir neçə bank tərəfindən qəbul edilib. Banklar bu xidmətləri mobil operatorlardan alır. Son üç ildə sms qiymətləndirmədə 70% artım olub. Banklar bu müddət ərzində xidmət haqqlarını qaldırmayıb. Son üç ildə ilk dəfə bu artımla bağlı qərar qəbul olunub. Ayrıca bankların mobil proqramları olduğu üçün bankların bir çoxu bu xidmətdən imtina ediblər”, - sədr müavini noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  bildirib. 

Bank rəsmisi vurğulayıb ki, hazırda sosial kartlar üzrə vətəndaşlardan heç bir xidmət haqqı tələb olunmur və təxminən 2 milyon 300 min insandan bu xidmətə görə ödəniş tutulmur. 


Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM