2017-ci ilin avqust ayında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.
anews.az APA-ya istinadən xəbər verir ki, sentyabr ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 907,2 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 485,7 mln. manat və ya 3,92% azalma deməkdir.
Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3,893 mlrd. manat və ya 24,64% azalıb. Xatırladaq ki, cari ili yanvarın 1-nə bankların kredit portfelinin həcmi 15 mlrd. 800,2 mln. manat olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !